AZ

Rubio: ABŞ ın Avropadakı hərbi mövcudluğu yenidən tənzimlənəcək

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Marko Rubio bildirib ki, ABŞ NATO üzvü olan Avropa ölkələrindəki hərbi mövcudluğuna dəyişiklik etməyi planlaşdırır və Vaşinqtonun müttəfiqləri bu qərardan tam məmnun olmasalar da, proses barədə məlumatlıdırlar.

Bizimyol.info xəbər verir ki, Rubio bu açıqlamanı İsveçin Helsinqborq şəhərində keçirilən NATO xarici işlər nazirlərinin görüşü zamanı verib.

“Mən düşünürəm ki, alyans daxilində hamı ABŞ qoşunlarının Avropadakı mövcudluğunun yenidən tənzimlənəcəyini yaxşı anlayır. Bu proses artıq bir müddətdir davam edir və müttəfiqlərlə koordinasiya şəraitində həyata keçirilir”, – deyə o bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, bəzi NATO müttəfiqləri bu dəyişikliklərdən narazı qala bilər, lakin onların hamısı vəziyyətdən xəbərdardır.

“Mən demirəm ki, onlar bundan məmnun olacaqlar, amma şübhəsiz ki, məlumatlıdırlar. Bizim Hind-Sakit okean regionunda, Yaxın Şərqdə və Qərb yarımkürəsində öhdəliklərimiz var”, – deyə Rubio əlavə edib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr