AZ

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar bayram Azərbaycan Respublikasının suverenliyini, dövlətçiliyini möhkəmləndirmək, davamlı inkişafını sürətləndirmək, vətəndaşlarının rifahını daha da yaxşılaşdırmaq istiqamətində görülən mühüm işləri təcəssüm etdirir.

Qoy, bu bayram respublika vətəndaşlarının qəlbini ölkələrinə görə qürur, onun daha xoşbəxt gələcəyinə inam və qazanılan uğurlarla bağlı tükənməz sevinc hissi ilə doldursun!

Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

 

 

Bakıtcan Saqintayev

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri

Seçilən
16
2
xalqqazeti.az

3Mənbələr