AZ

Yenidən Premyer Liqaya qayıtmağa yaxındır - Uruqvaylı hücumçu

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Darvin Nunyes karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Talksport”-a istinadən xəbər verir ki, uruqvaylı forvardla “Nyukasl” yaxından maraqlanır.

“Sağsağanlar”ın baş məşqçisi Eddi Hou hücum xəttindəki problemi həll etmək üçün məhz Nunyesi əsas hədəflərdən biri kimi görür.

Bildirilir ki, futbolçu hazırda çıxış etdiyi “Əl-Hilal”la müqaviləsini ləğv etməyə yaxındır və tərəflər arasında danışıqlar davam edir.

26 yaşlı hücumçu bu mövsüm 24 oyunda meydana çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.

O, fevraldan bəri meydana çıxmır, çünki legioner limiti səbəbindən “Əl-Hilal”ın Səudiyyə Ərəbistanı Pro Liqası siyahısından çıxarılıb.

Nunyes daha əvvəl 2022-2025-ci illərdə Premyer Liqada “Liverpul”un formasını geyinib.

Seçilən
15
sportinfo.az

1Mənbələr