Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin sərvəti açıqlanıb.
QOL.az xəbər verir ki, bu haqda "Bloomberg" məlumat yayıb.
38 yaşlı forvardın sərvəti 1 milyard dolları keçib.
2007-ci ildən bəri futbolçu maaş və bonuslardan 700 milyon dollardan çox qazanıb. Təhlil göstərir ki, vergilər, bazar göstəriciləri, investisiyalar və sponsorluqlardan əldə edilən gəlir nəzərə alındıqdan sonra onun xalis sərvəti 1 milyard dolları keçib. Messi dünyanın ən varlı idmançılarından biri olub.
Onun ABŞ-a köçməsi bu rəqəmə təsir edib. İnter Mayamidən gələn ödənişlər, televiziya gəlirləri, daşınmaz əmlak investisiyaları və Argentina restoran şəbəkəsindəki paydan əldə edilən gəlir Messinin sərvətində mühüm rol oynayıb.