AZ

“Mançester Yunayted”dən başqa, hamıya təşəkkür etdi

“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən hücumçu Markus Reşford İngiltərə millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə çağırılmasına münasibət bildirib.

28 yaşlı oyunçu sosial şəbəkə hesabındakı paylaşımında ona dəstək olan şəxslərə və klublara təşəkkür etsə də, maraqlı məqam diqqətdən yayınmayıb.

Belə ki, o, paylaşımında Unay Emeri, Hans-Diter Flik, Tomas Tuxel, “Aston Villa”, “Barselona” və İngiltərə millisinin adını qeyd edib, ancaq uzun illər formasını geyindiyi “Mançester Yunayted”dən bəhs etməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu paylaşımında bunları yazıb:

“Unay Emeri, Hans-Diter Flik, Tomas Tuxel, “Aston Villa”, “Barselona” və İngiltərə millisinə xüsusi təşəkkür edirəm. Hər şey çətinləşəndə mənə inandığınız üçün minnətdaram”.

Reşfordun transfer hüquqları hələ də “Mançester Yunayted”ə məxsusdur.

Seçilən
31
sportinfo.az

1Mənbələr