AZ

Yolun ortasında təhlükə yaradan piyada hələ əli ilə… VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Binəqədi rayonunda qayda pozan piyada kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, orta yaşlı kişi yolu nəzərdə tutulmayan hissədən keçərək həm özünü, həm də hərəkətdə olan nəqliyyat vasitələrini risk altında qoyub. Piyadanın qəfil şəkildə yolun ortasında dayanması hər iki istiqamətdə hərəkətdə olan sürücülərdə çaşqınlıq yaradıb və ləngimələrinə səbəb olub. Üstəlik o, yaxınlaşmaqda olan sürücülərdən birinə əl işarəsi ilə yol verməsini istəyib.

Qeyd edək ki, bu cür davranışlar xüsusilə səhər saatlarında, görünüşün və reaksiyanın nisbətən zəif olduğu vaxtlarda qəza ehtimalını artırır. Piyada keçidlərinin olduğu ərazilərdə bir neçə addım artıq atmaq belə həm şəxsi təhlükəsizliyi qoruyur, həm də sürücülərin ani manevr etməsinin qarşısını alır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
avtosfer.az

1Mənbələr