AZ

“Neftçi”nin müdafiəçisi “Əslində, hədəfimiz bu deyildi”

"Mövsümə çətin başladıq. Qışa qədər çox xal yığa bilmədik”.

Bunu Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Elvin Bədəlov deyib.

"Ağ qaralar" mövsümə çox uğursuz başladı, amma Yuri Vernidubun gəlişindən sonra vəziyyəti düzəltmək mümkün oldu.

Komanda 2 mövsüm aradan sonra Konfrans Liqasında mübarizə aparacaq. Müsahib əldə olunan uğur barədə bunları dedi:

“Çox şeylər baş verdi. Hakimlərlə bağlı xallar itirdik, bəxtsizlik yaşadıq. Dəhşətli hadisələr yaşandı.

Avrokuboklar zonasından çox uzaq düşmüşdük. Heç kim bizim avrokuboklara gedəcəyimizə inanmırdı.

Amma şükürlər olsun ki, sonda buna nail olduq. O cür başlayıb, belə bitirmək xoşdur. Əslində, hədəfimiz bu deyildi.

Ancaq bugünkü gündə yaxşı nəticə sayıla bilər. Bütün "Neftçi" rəhbərliyini, azarkeşləri təbrik edirəm.

Konfrans Liqasında yaxşı nəticə qazanmaq, maksimum qabağa getmək istəyirik".

Seçilən
29
sportinfo.az

1Mənbələr