17-22 may tarixlərində Bakıda keçirilən və "Global Media Group"a daxil olan media qurumlarının işıqlandırdığı WUF13 - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu gün artıq başa çatdı.
"Global Media Group"un media nümayəndələri forum günləri ərzində tədbirin bütün əsas məqamlarını operativ şəkildə ictimaiyyətə çatdırdı. Panel sessiyalarından canlı bağlantılar, xüsusi reportajlar, müsahibələr və gündəm mövzularının peşəkar təqdimatı WUF13-ün informasiya axınının effektiv şəkildə işıqlandırılmasına töhfə verdi. Jurnalistlərimizin aktiv iştirakı forumun beynəlxalq əhəmiyyətinin və ölkəmizin qlobal platformadakı rolunun daha geniş auditoriyaya çatdırılmasında mühüm rol oynadı. Ümumdünya Şəhərsalma Forumu şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, urbanizasiya və insan yönümlü yanaşmalar ətrafında qlobal dialoqu bir araya gətirdi. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdiyi forum şəhərlərin daha yaşıl, inklüziv və dayanıqlı şəkildə inkişafı ilə bağlı mühüm mesajlarla yadda qaldı.
Tədbirdə keçirilən panel müzakirələri, beynəlxalq görüşlər və forumun əsas çağırışları operativ, obyektiv və geniş şəkildə ictimaiyyətə təqdim olundu. Tədbirin mahiyyəti, qlobal əhəmiyyəti və Bakının beynəlxalq platformadakı rolu müxtəlif media formatlarında işıqlandırıldı.
Qeyd edək ki, "Global Media Group" jurnalistlərinin aktiv iştirakı və peşəkar fəaliyyəti əsasında işıqlandırılan WUF13 – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı yekun video hazırlanıb.
Videoda forum çərçivəsində həyata keçirilən media fəaliyyəti, jurnalistlərimizin operativ işi və tədbirin əsas məqamları əks olunub.
Sosial şəbəkə paylaşım linklərini təqdim edirik:
https://www.instagram.com/p/DYpRd3SjwIh/
https://www.facebook.com/share/v/1AwxshDCVg/
https://www.linkedin.com/feed/update/urn:li:activity:7463602409467076608