AZ

Rusiya bazarı Ermənistan üçün bağlanır – Daha bir məhdudiyyət gəlir

Rusiya Ermənistandan idxal olunan məhsullarla bağlı nəzarəti daha da sərtləşdirir.

Musavat.com xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı Nəzarəti Xidməti Ermənistandan gətirilən məhsullarla bağlı problemlərin yalnız güllərlə məhdudlaşmadığını açıqlayıb.

Qurumun məlumatına görə, hazırda meyvə və tərəvəz məhsullarının tədarükü ilə bağlı da ciddi yoxlamalar aparılır.

Bildirilir ki, Rusiyadan Ermənistana göndərilən müfəttişlər yoxlamaları davam etdirir və nəticələrə əsasən yeni qərarlar qəbul ediləcək.

Açıqlamada vurğulanıb ki, problemlər həm tərəvəz, həm də meyvə məhsullarında qeydə alınıb. Müfəttişlərin fəaliyyəti daha bir həftə davam edəcək.

Xatırladaq ki, bundan əvvəl Rusiya Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyət tətbiq etmişdi. Rosselxoznadzor buna səbəb kimi Ermənistandan gətirilən güllərin böyük hissəsinin karantin nəzarətinə düşməsini göstərmişdi.

Musavat.com

Seçilən
59
musavat.com

1Mənbələr