Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 22 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhər mühitinin inkişafında maraqlı olan bütün iştirakçıları bir araya gətirib və dayanıqlı urbanizmin perspektivlərinin müzakirəsi üçün xüsusi platforma formalaşdırıb.
Bunu AZƏRTAC-a müsahibəsində WUF13-ün Rusiyadan olan iştirakçısı Nikita Syomin söyləyib. O əlavə edib ki, forumun builki sessiyası müxtəlif dövlətlərin və peşəkar icmaların nümayəndələri arasında qarşılıqlı əlaqələrin qurulması üçün şərait yaradıb, həmçinin gələcəyin şəhərlərinin qurulması və bərpası ilə bağlı birgə addımların hazırlanmasına töhfə verib.
Agentliyin həmsöhbəti xüsusilə vurğulayıb ki, qlobal böhran şəraitində forumun əhəmiyyəti olduqca böyükdür, çünki bütün iştirakçıların razılaşdırılmış fəaliyyəti şəhər ərazilərinin sabit və dayanıqlı inkişafının təmin olunmasına kömək edir.
Rusiyalı iştirakçının sözlərinə görə, WUF ən səmərəli ideyaların mübadiləsinə, praktiki nəticə verən həllərin tapılmasına və şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə imkan yaradır.
Müxbir – Tamilla Məmmədova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.