AZ

DİN və DSX Yardımlı və Lerikdə genişmiqyaslı narkotik əməliyyatı keçirdi

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Mayın 22-də Yardımlı və Lerik rayonlarının sərhədyanı dağlıq ərazilərində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat tədbirləri keçirilib.

Bakupost.az-ın məlumatına görə, əməliyyat zamanı ölkəyə qanunsuz yolla keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə daxil olmasının qarşısı alınıb. Tədbir zamanı cinayətkar qrup tərəfindən polis əməkdaşlarına odlu silahla müqavimət göstərilib, nəticədə bir polis əməkdaşı xəsarət alıb.

*Hadisə yerindən 15 kiloqrama yaxın narkotik vasitə və psixotrop həblər aşkar olunaraq götürülüb. Saxlanılanlar var.*

Tədbirlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
3
www.bakupost.az

4Mənbələr