AZ

Starlink əməliyyatı Rusiyanın müdafiəsini dağıtdı – Ukraynadan ildırım sürəti ilə irəliləyiş

Ukrayna ordusunun ilin əvvəlində cəbhədə əldə etdiyi irəliləyişlə bağlı yeni detallar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, ABŞ hərbi kəşfiyyatının Konqres üçün hazırladığı hesabatda Rusiya ordusunun istifadə etdiyi minlərlə Starlink terminalının deaktiv edilməsindən sonra cəbhədə ciddi rabitə böhranının yarandığı bildirilir.

Məlumata görə, əlaqə sistemindəki çöküş rus qoşunlarının koordinasiya imkanlarını zəiflədib və bu vəziyyət Ukrayna Silahlı Qüvvələrinin sürətli irəliləyişinə şərait yaradıb. Hesabatda qeyd olunur ki, Ukrayna ordusu bu prosesdən sonra təxminən 400 kvadratkilometr ərazini geri nəzarətə götürə bilib.

Sənəddə vurğulanır ki, rabitə imkanlarının məhdudlaşması Rusiya ordusunun döyüş qabiliyyətinə ciddi təsir göstərib.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr