AZ

Bərdədə məktəblinin meyiti yaşadığı həyətdə aşkarlandı

Bərdə rayonunda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakini, 9-cu sinif şagirdi Saleh Məmmədov yaşadığı evin həyətində ölü vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
18
2
unikal.az

3Mənbələr