AZ

Bakı Tbilisi qatarına ilk bileti alan ADY nin öz əməkdaşıdır? VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Bakı-Tiflis-Bakı marşrutu üzrə hərəkət edəcək qatara ilk bilet alan şəxslə bağlı diqqətçəkən iddia var.

Bakupost.az-ın SAVASHMEDİA.az-a istinadla əldə etdiyi məlumata görə, Bakı-Tbilisi istiqamətinə ilk bilet alan Elnarə Rəsulovanın “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı olduğu bildirilir.

Belə ki, onun ilk biletin sahibi kimi təqdim olunması ADY-nin piar kampaniyasının bir hissəsi olub.

Sosial şəbəkədə yayılan iddialara görə, Rəsulovanın ilk alıcı kimi seçilməsi əvvəlcədən planlaşdırılıb və bununla ictimai rəydə müsbət təsir yaratmaq məqsədi güdülüb.

Xatırladaq ki, ilk biletin sahibi kimi təqdim edilən əməkdaşa ADY tərəfindən xüsusi hədiyyə də verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
2
www.bakupost.az

3Mənbələr