AZ

Göyçaya dolu düşdü

Göyçay rayonunun Çərəkə kəndinə intensiv dolu düşüb.Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, axşam saatlarından başlayaraq yağan güclü dolu kənd ərazisində bir neçə təsərrüfata və meyvə bağlarına ziyan vurub. Sakinlərin sözlərinə görə, dolu bir neçə dəqiqə davam edib. Dolunun yağması səbəbindən kənddə işıq enerjisinin verilməsi də müvəqqəti dayandırılıb.

Davud Tarverdiyev / Metbuat.az

Seçilən
54
metbuat.az

1Mənbələr