AZ

Keçmiş sevgililər eyni serialda oynayacaq

Keçmiş sevgililər eyni serialda oynayacaqATV-də yayımlanacaq "Mercan Köşk" serialının baş rolları bəlli olub. Məşhur aktyor Kubilay Aka ilə aktrisa Hafsanur Sancaktutan yeni layihədə tərəf müqabili olacaqlar.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, FARO və Sinehane imzası daşıyan serialın kişi baş rolunun Kubilay Aka olacağı daha əvvəl açıqlanmışdı. İndi isə qadın baş rol üçün Hafsanur Sancaktutanla razılıq əldə olunduğu bildirilib. Aktrisanın "Kıskanmak" serialından sonra "Mercan Köşk" layihəsinə qatıldığı qeyd edilir.

Məlumata görə, Hafsanur Sancaktutan rol üçün keçirilən kastinq mərhələsində iştirak edib və beş namizəd arasından seçilib. Serialda o, "Cemre", Kubilay Aka isə "Aras" obrazını canlandıracaq.

Yeni mövsümün iddialı layihələri arasında göstərilən "Mercan Köşk" serialının çəkilişləri Türkiyənin Tarsus şəhərində aparılacaq. Layihənin rejissoru Yahya Samancı olacaq.

Seçilən
73
sonxeber.az

1Mənbələr