AZ

BMT Məskunlaşma Proqramının regional direktoru: Bakı WUF13-ün keçirilməsi üçün müstəsna platforma təqdim edib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycanın paytaxtı Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasının keçirilməsi üçün müstəsna platforma təqdim edib.

Bu barədə AZƏRTAC-a BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Latın Amerikası və Karib hövzəsi üzrə regional direktoru Elkin Velaskez Monsalve bildirib. O vurğulayıb ki, dövlətləri, yerli hakimiyyət orqanlarını, vətəndaş cəmiyyətini və beynəlxalq təşkilatları bir araya gətirən WUF13 şəhər inkişafı, davamlı inkişaf və mənzil hüququ məsələlərini müzakirə etmək üçün əsas qlobal platformalardan birinə çevrilib.

“WUF13-ün əhəmiyyəti onun BMT sistemi çərçivəsində beynəlxalq müzakirələrə əhəmiyyətli təsirindən, şəhərləşmə sahəsində qlobal gündəliyin formalaşmasına verdiyi töhfədən, milli hökumətlər və yerli hakimiyyət orqanları, o cümlədən onların peşəkar birlikləri və federasiyaları arasında dialoqun qurulmasına töhfə verməkdən ibarətdir. Bu cür görüşlər müntəzəm olaraq keçirilməlidir, çünki onlar şəhərlərin gələcəyini birgə müzakirə etmək və onların davamlı inkişaf yollarının müəyyən etməyə imkan verir”, - deyə Agentliyin həmsöhbəti qeyd edib.

Elkin Velaskes Monsalve Azərbaycanın ev sahibi kimi roluna diqqət çəkib. O, yüksəksəviyyəli təşkilatçılığa və qlobal tədbirin keçirilməsinə verdiyi töhfəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib.

Müxbir – Tamilla Məmmədova

Seçilən
26
1
azertag.az

2Mənbələr