AZ

Dünyada psixi pozuntulardan əziyyət çəkənlərin sayı son 30 ildə iki dəfəyə yaxınARTDI

Son 30 ildə dünyada psixi pozuntuları olan insanların sayı 95,5 faiz artaraq 1,17 milyard nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə nüfuzlu "The Lancet" elmi jurnalında dərc olunan yeni araşdırmada bildirilir.

Rusiya, Avstraliya, ABŞ, Çin və digər ölkələrin mütəxəssislərindən ibarət beynəlxalq alimlər qrupunun keçirdiyi tədqiqatda müxtəlif yaş qruplarında olan kişi və qadınlar arasında 12 növ psixi pozuntu təhlil edilib. Genişmiqyaslı analiz 1990-cı ildən 2023-cü ilə qədər olan dövrü əhatə edib və dünyanın 204 ölkəsindən alınan məlumatlara əsaslanıb.

İşin müəllifləri belə qənaətə gəliblər ki, ölkələrin inkişaf səviyyəsindən asılı olmayaraq, psixi xəstəliklər qlobal səhiyyənin ən əsas problemlərindən birinə çevrilib. Araşdırmaya görə, dünyada xüsusilə təşviş pozuntusu, depressiya, distimiya, sinir anoreksiyası, bulimiya, şizofreniya və davranış pozuntularının sayı sürətlə artmaqdadır.

Alimlər onu da qeyd ediblər ki, psixi pozuntular ən çox 15-19 yaş qrupunda olan gənc qızlar və qadınlar arasında qeydə alınıb.

Mütəxəssislər yaranmış vəziyyəti yaxşılaşdırmaq üçün profilaktika və erkən müalicə tədbirlərini genişləndirməyi, həmçinin xüsusilə aşağı və orta gəlirli ölkələrdə epidemioloji nəzarəti gücləndirməyi təklif edirlər.

Xədicə BAXIŞLI

Seçilən
20
1
redaktor.az

2Mənbələr