AZ

Kassadakı kəsiri kim ödəməlidir? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kassada günün sonunda çatışmazlığın aşkar edilməsi və həmin məbləğin birbaşa xəzinədarın əməkhaqqından çıxılması işəgötürənlə işçi arasında fikir ayrılıqlarına səbəb olan mövzulardandır. Əmək qanunvericiliyinə əsasən, işçinin maaşından hər hansı tutulmanın aparılması üçün konkret hüquqi əsaslar və rəsmi prosedurlar mövcuddur. İşəgötürən müvafiq araşdırma aparmadan və qanuni qaydalara əməl etmədən xəzinədarın qazancından kəsinti edə bilməz. Hüquqi tənzimləmələrə görə, işçinin maddi məsuliyyətinin həddi və ziyanın ödənilməsi qaydası əmək müqaviləsi və ya xüsusi müqavilə ilə müəyyən olunur.Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, maddi məsuliyyət daşıyan şəxs kimi kassa əməliyyatlarına tam nəzarət edir:"Onun təqdim etdiyi sənədlərə əsasən tutalım, kassada 10 min manat olmalı olduğu göstərilir, lakin faktiki məbləğdə çatışmazlıq yaranır. Bu halda məsuliyyət həmin şəxsin üzərinə düşür. Çünki kassa vəsaitlərinin düzgün uçotu və qorunması birbaşa onun vəzifə öhdəliyidir. Bu vəziyyətdə iki ehtimal mövcuddur. Ya vəsaitin mənimsənilməsi halı baş verib, ya da kassa əməliyyatlarında səhvə yol verilib. Səhv ehtimalı da istisna olunmur. Məsələn, vəsait kiməsə artıq və ya az verilib, lakin bu əməliyyatlar sənədləşmədə düzgün əks olunmayıb. Buna baxmayaraq, ümumi məsuliyyət kassa uçotuna cavabdeh olan şəxsə aiddir", - deyə vəkil qeyd edib.Təcrübədə belə hallarla qarşılaşdıqda qanunvericiliyin tələblərinə uyğun olaraq daxili təhqiqat aparılmalı, inventarizasiya keçirilməli və xəzinədarın izahatı alınmalıdır. Çatışmazlığın texniki xətadan, yoxsa qəsdən törədilən əməldən qaynaqlandığı müəyyən edilməlidir. Əgər ortada cinayət tərkibli mənimsəmə faktı varsa, məsələyə hüquq-mühafizə orqanları tərəfindən baxılır. Adi diqqətsizlik və ya hesablama səhvləri zamanı isə ziyanın ödənilməsi Əmək Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir və tutulmalar qanunla müəyyən edilmiş limitləri aşa bilməz.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
demokrat.az

2Mənbələr