AZ

Paşinyandan Karapetyana sərt mesaj: “Ad çək, yoxsa...”

Samvel Karapetyan Ermənistan hakimiyyətinin ona gizli sövdələşmə təklif etdiyini bildirib. 

Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” hərəkatının lideri Samvel Karapetyan media rəhbərləri ilə görüşdə hakimiyyətin ondan Erməni Apostol Kilsəsini müdafiə etməyi dayandırmağı istədiyini bildirib.

Onun sözlərinə görə, bunun müqabilində özünə toxunulmayacağı, həmçinin “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin əlindən alınmayacağı vəd edilib. 

photo_2026-05-22_23-01-12.jpg

Karapetyan deyib ki, ilk təklif ötən ilin iyununda həbsindən əvvəl “yüksək səviyyədə” səsləndirilib. Daha bir təklif isə istintaq təcridxanasında olduğu vaxt Moskvadakı dostları vasitəsilə çatdırılıb. 

Paşinyanın reaksiyası

Ermənistanın baş naziri Nikol Paşinyan isə Karapetyanın bu sözlərinə sərt reaksiya verib. O, Karapetyandan həmin təklifi edən şəxsin adını, soyadını və vəzifəsini açıqlamağı tələb edib.

Paşinyan bildirib ki, Karapetyan bu məlumatı açıqlamasa, məhkəmədə “Çindən gətirilən göbələkləri yeyib hallüsinasiyalar görəcək”.

 

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr