“Jil Vilyov” adına beynəlxalq avtodromda Formula 1 üzrə 2026-cı il mövsümünün beşinci mərhələsi — Kanada Qran Prisinin birinci və yeganə sərbəst yürüşü keçirilib.
90deqiqe.Az xəbər verir ki, ən yaxşı nəticəni “Mersedes” komandasının pilotu Andrea Kimi Antonelli göstərib. Onun komanda yoldaşı Corc Rassell ikinci nəticəni əldə edib, üçüncü yeri isə “Ferrari”dən Luis Həmilton tutub.
Formula 1. Kanada Qran Prisi. Birinci sərbəst yürüş:
Andrea Kimi Antonelli (“Mersedes”) — 1:13.402
Corc Rassell (“Mersedes”) +0.142
Luis Həmilton (“Ferrari”) +0.774
Şarl Lekler (“Ferrari”) +0.953
Maks Ferstappen (“Red Bull”) +0.964
Lando Norris (“McLaren”) +1.397
Oskar Piastri (“McLaren”) +1.561
Arvid Lindblad (“Racing Bulls”) +2.050
Niko Hülkenberq (“Audi”) +2.296
Fernando Alonso (“Aston Martin”) +2.461
Qabriel Bortoleto (“Audi”) +2.812
İsak Haciar (“Red Bull”) +2.851
Esteban Okon (“Haas”) +3.095
Aleks Albon (“Williams”) +3.240
Karlos Sayns (“Williams”) +3.258
Pyer Qasli (“Alpin”) +3.407
Lens Stroll (“Aston Martin”) +3.576
Liam Louson (“Racing Bulls”) +4.029
Oliver Berman (“Haas”) +4.368
Valtteri Bottas (“Cadillac”) +4.466
Serxio Peres (“Cadillac”) +4.524
Franko Kolapinto (“Alpin”) — vaxt göstərilməyib.