AZ

Formula 1: “Mercedes” pilotu Antonelli Kanada Qran Prisinin ilk sessiyasında lider olub

“Jil Vilyov” adına beynəlxalq avtodromda Formula 1 üzrə 2026-cı il mövsümünün beşinci mərhələsi — Kanada Qran Prisinin birinci və yeganə sərbəst yürüşü keçirilib.

90deqiqe.Az xəbər verir ki, ən yaxşı nəticəni “Mersedes” komandasının pilotu Andrea Kimi Antonelli göstərib. Onun komanda yoldaşı Corc Rassell ikinci nəticəni əldə edib, üçüncü yeri isə “Ferrari”dən Luis Həmilton tutub.

Formula 1. Kanada Qran Prisi. Birinci sərbəst yürüş:

Andrea Kimi Antonelli (“Mersedes”) — 1:13.402

Corc Rassell (“Mersedes”) +0.142

Luis Həmilton (“Ferrari”) +0.774

Şarl Lekler (“Ferrari”) +0.953

Maks Ferstappen (“Red Bull”) +0.964

Lando Norris (“McLaren”) +1.397

Oskar Piastri (“McLaren”) +1.561

Arvid Lindblad (“Racing Bulls”) +2.050

Niko Hülkenberq (“Audi”) +2.296

Fernando Alonso (“Aston Martin”) +2.461

Qabriel Bortoleto (“Audi”) +2.812

İsak Haciar (“Red Bull”) +2.851

Esteban Okon (“Haas”) +3.095

Aleks Albon (“Williams”) +3.240

Karlos Sayns (“Williams”) +3.258

Pyer Qasli (“Alpin”) +3.407

Lens Stroll (“Aston Martin”) +3.576

Liam Louson (“Racing Bulls”) +4.029

Oliver Berman (“Haas”) +4.368

Valtteri Bottas (“Cadillac”) +4.466

Serxio Peres (“Cadillac”) +4.524

Franko Kolapinto (“Alpin”) — vaxt göstərilməyib.

Seçilən
49
90deqiqe.az

1Mənbələr