AZ

Bu binada 20 min nəfər yaşayır

Çinin Xançjou şəhərində yerləşən və unikal memarlığı ilə diqqət çəkən “Regent International” binası tək bir tikilinin daxilində bütöv bir şəhər ekosistemi yaradıb.Metbuat.az xəbər verir ki, bu nəhəng göydələndə təxminən 20 min insan yaşayır. Məlumata görə, 260 min kvadratmetr ərazisi olan bina ilkin olaraq lüks altıulduzlu otel kimi layihələndirilib. Memar Alisiya Loo tərəfindən hazırlanan layihə sonradan yüksək səviyyəli yaşayış kompleksinə çevrilib. 206 metr hündürlüyündə olan bina 36-39 mərtəbəli müxtəlif bloklardan ibarətdir. Bu yaşayış kompleksi sakinlərinə binadan çıxmadan yaşamaq imkanı təqdim edir. Burada restoranlar, böyük qida zonaları, üzgüçülük hovuzları, idman zalları, gözəllik salonları, supermarketlər, internet kafelər və çay evləri fəaliyyət göstərir. Binada əsasən gənc mütəxəssislər, universitet məzunları, startapçılar və sosial media fenomenləri yaşayır.

Mənzillərin aylıq kirayə qiyməti isə otağın ölçüsünə və şəraitinə görə dəyişir. Pəncərəsiz kiçik studiyaların qiyməti təxminən 1500 RMB (220 dollar), daha geniş və eyvanlı mənzillərin kirayəsi isə 4000 RMB-yə (550 dollar) qədər yüksəlir.

Seçilən
41
metbuat.az

1Mənbələr