AZ

Trampın milyonluq səhvi – başqa şirkət əvəzinə restoran aldı

ABŞ prezidenti Donald Trampın "Kura Sushi USA" restoran şəbəkəsinin səhmlərinə 1–5 milyon dollar arasında sərmayə yatırması Yaponiya mediasında geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Yaponiyada bəzi ekspertlər və sosial şəbəkə istifadəçiləri Trampın və ya onun komandasının şirkətləri səhv saldığını iddia edir. Bildirilir ki, məqsəd süni intellekt sahəsində fəaliyyət göstərən və son dövrlər səhmləri sürətlə bahalaşan Fujikura şirkətinə yatırım etmək olub.

Qeyd olunur ki, Fujikura optik lif və kompüter avadanlıqları istehsalı ilə məşğuldur. Şirkətin səhmləri süni intellekt texnologiyalarına marağın artması fonunda son aylarda ciddi yüksəliş göstərib.

Xəbərin yayılmasından sonra "Kura Sushi USA"-nın səhmləri 5 faizdən çox bahalaşıb. Eyni zamanda, Fujikura şirkətinin səhmlərinin son bir həftədə təxminən 45 faiz ucuzlaşdığı bildirilir.

Mediada yayılan məlumatlara görə, Donald Trampın investisiya portfelində texnologiya şirkətlərinin səhmləri üstünlük təşkil edir. Bu səbəbdən suşi restoranı şəbəkəsinə böyük həcmdə sərmayə yatırılması diqqət çəkib.

 

Musavat.com

Seçilən
55
2
musavat.com

3Mənbələr