AZ

Qubada yol çökdü 3 kəndin yolu bağlandı VİDEO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Quba rayonunun Yuxarı Tüləkəran kəndi istiqamətində fövqəladə vəziyyət yaranıb.

Milli.Az xəbər verir ki, güclü sel və yağışlar nəticəsində ərazidə yol boyunca asfalt örtüyü çöküb. Hadisədən sonra 3 kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib.

Sakinlər bildirirlər ki, yolun yararsız hala düşməsi kəndlərə giriş-çıxışı mümkünsüz edib. Ən ciddi problemlərdən biri isə alternativ yolun olmamasıdır. Bu səbəbdən yerli əhali gündəlik hərəkətdə, xüsusilə təcili tibbi yardım, ərzaq təminatı və digər vacib ehtiyaclarla bağlı ciddi çətinlik yaşayacaq.

Vətəndaşlar aidiyyəti qurumların əraziyə cəlb olunmasını və yolun qısa müddətdə bərpa edilməsini xahiş edirlər.\\Shimal.NewsMilli.Az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
1
news.milli.az

2Mənbələr