AZ

Hörmüz boğazından keçən Qətərin mayeləşdirilmiş təbii qaz tankeri Çinə yola düşüb

BAKI, 23 may. TELEQRAF

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, mayeləşdirilmiş təbii qazla yüklənmiş üçüncü Qətər tankeri Hörmüz boğazından keçərək Çinə doğru gedir.

Teleqraf xəbər verir ki, bu arada Qətərin danışıqlar aparan nümayəndə heyəti Tehrandadır və İranla müharibəyə son qoymaq üçün sazişin imzalanmasına kömək etməyə çalışır.

Qətərin mayeləşdirilmiş təbii qazı ilə yüklənmiş üçüncü tankerin keçidi İran və Pakistan arasında əldə edilən razılaşma əsasında mümkün olub.

"Əl Sahla" gəmisi Qətərin Ras Laffan limanından yola düşüb və LSEG monitorinq xidmətinin məlumatına görə, 14 iyunda Çinin Tianjin Mayeləşdirilmiş Təbii Qaz Terminalına çatmalıdır.

"Reuters" agentliyinin verdiyi məlumata görə, ABŞ və İsrailin 28 fevralda başlayan hava hücumlarından sonra Hörmüz boğazından keçən Qətər mayeləşdirilmiş təbii qazı ilə yüklənmiş əvvəlki iki tanker məhsulu Pakistana satılıb.

Seçilən
89
teleqraf.com

1Mənbələr