AZ

Misli Premyer Liqasında daha 2 oyun

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun 2 oyunu keçirilib.

“Turan Tovuz” “Bank Respublika Arena”da “Sabah”la qarşılaşıb. Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Sabah” 78 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 59 xalı olan “Turan Tovuz” isə 3-cü sırada yer alıb.

Ağdamın “Qarabağ” komandası isə səfərdə “Sumqayıt”la qarşılaşıb. Oyun 4:3 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb. 33 oyundan 69 xal toplayan “Qarabağ” 2-ci, 41 xalı olan “Sumqayıt” isə 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
68
xalqqazeti.az

1Mənbələr