Rusiya-Ermənistan münasibətlərində gərginlik davam edərkən Kremlə yaxın rusiyalı ekspertlər İrəvana açıq mesajlar göndərməyə davam edirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiyanın Ali İqtisadiyyat Məktəbinin professoru Timofey Bordaçov Ermənistanın Avropa istiqamətində addımlarının Avrasiya İqtisadi İttifaqındakı öhdəliklərlə ziddiyyət yaratdığını bildirib.
Rusiyalı ekspertin fikrincə, Ermənistan daxilində gedən siyasi proseslər Moskvanın gözləntiləri ilə artıq açıq ziddiyyətə girir.
Kremlə yaxın politoloq Ermənistanın ittifaqdan çıxacağı barədə Rusiyada hələ rəsmi danışılmadığını desə də, əsas problemin Avropa Birliyi ilə münasibətlərin gələcəkdə İrəvanın Aİİ qarşısındakı öhdəliklərini sıradan çıxara bilməsi olduğunu bildirib.
Bordaçova görə, Ermənistan hakimiyyəti və cəmiyyəti belə qərarın iqtisadi nəticələrini ciddi şəkildə hesablamalıdır.
“İrəvanda bütün bunların Ermənistan üçün hansı iqtisadi nəticələr yaradacağını aydın anlamalıdırlar",-deyə o, qeyd edib.
Musavat.com