AZ

Birmingemdə ilk dəfə müsəlman mer seçildi

Böyük Britaniyanın Birmingem şəhərində ilk dəfə müsəlman icmasına mənsub siyasətçi mer seçilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Şəhər şurasının açıqlamasına görə, bu vəzifəyə Zakir Çaudhri seçilib. pizza hut

Məlumata görə, o, Pakistandan köç etmiş ailədəndir və 1969-cu ildə 14 yaşında Birmingemə gəlib. Daha sonra uzun illər yerli idarəetmə orqanlarında çalışıb.

Qeyd edilib ki, Çaudhri 2006-cı ildə şəhər şurasına üzv seçilib, həmçinin polis və səhiyyə nəzarət strukturlarında fəaliyyət göstərib./Oxu.az


Telegram kanalımız
Seçilən
55
3
yenisabah.az

4Mənbələr