Türkiyə kubokunun 2025/26 mövsümündə qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, finalda “Trabzonspor” “Konyaspor”la üz-üzə gəlib. Matç Trabzon təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
“Trabzonspor” - “Konyaspor” - 2:1
Qollar: Onuaçu, 18 (1:0), Muleka, 50 (1:1), Onuaçu, 79-pen. (2:1)
Bununla da, “Trabzonspor” tarixində 10-cu dəfə Türkiyə kubokunun qalibi olub. Komanda buna qədər 1976-77, 1977-78, 1983-84, 1991-92, 1994-95, 2002-03, 2003-04, 2009-10 və 2019-20 mövsümündə də ölkə kubokunun qalibi olmuşdu.