Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Macarıstanda yeni hökumət səhvən Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanın müddətinin başa çatdığını elan edib, bundan sonra isə qadağanın yenidən bərpa ediləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Euractiv” yazıb.
Qeyd olunur ki, Macarıstan, Polşa və Slovakiya 2023-cü ildə AB qanunvericiliyini pozaraq Ukraynanın bir sıra məhsullarına birtərəfli ticarət məhdudiyyətləri tətbiq etmiş və Avropa Komissiyasının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq onları qüvvədə saxlamışdılar.
“Hüquqi səhvə görə sanksiyalar ləğv edilmişdi”, — deyə hökumət nümayəndəsi bildirib və əlavə edib ki, Macarıstan Nazirlər Kabineti qadağanı tez bir zamanda yenidən tətbiq etmək üçün təcili tədbirlər görüb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.