AZ

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsini imzaladı

“Global South NGO Platform”un təşəbbüsü və təşkilatçılığı ilə WUF13-lə bağlı “Bakı Bəyannaməsi” hazırlanıb. Sənəd WUF13-də iştirak edən xarici QHT təmsilçilərinə imza üçün açıq olub. “Bakı Bəyannaməsi”ni 103 ölkədən 569 QHT təmsilçisi imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, sənəddə deyilir:

“Biz - WUF13 çərçivəsində Bakıda toplaşan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri olaraq aşağıdakıları bəyan edirik:

- WUF tarixində ilk dəfə Bakıda keçirilmiş QHT Forumu WUF prosesində vətəndaş cəmiyyətinin iştirakı üçün yeni bir mərhələdir;

- müxtəlif ölkələrdən 1000-dən çox QHT-ni özündə birləşdirən Qlobal Cənub QHT Platformasının (GSNP-nin) ilk Baş Assambleyasının çağırılması və rəhbərliyinin formalaşdırılması qlobal vətəndaş cəmiyyətinin institusional cəmləşməsində tarixi mərhələdir. GSNP şəbəkəsi vasitəsilə qəbul edilən bu Bəyannamə əlçatan mənzil imkanlarını və inklüziv şəhər inkişafını dəstəkləmək naminə qlobal həmrəylik aktı kimi çıxış edir. Biz “UN Habitat”ı bu təşəbbüsü dəstəkləməyə davam etməyə, GSNP-ni WUF-un rəsmi vətəndaş cəmiyyəti tərəfdaşı kimi tanımağa və bu modeli gələcək Forumların daimi komponenti etməyə çağırırıq. Uğurlu şəhər inkişafı təcrübələrini sistemləşdirmək və bölüşmək üçün Qlobal Cənub Şəhərləri üzrə Bilik Mərkəzinin yaradılmasını təklif edirik;

- Bakıdan bütün beynəlxalq tərəfdaşlara üz tutaraq, onları insan mərkəzli şəhər siyasətlərini dəstəkləməyə və şəhər dayanıqlığı, davamlı inkişaf və inklüziv cəmiyyətlər naminə daha əlaqələndirilmiş qlobal fəaliyyət göstərməyə çağırırıq;

Qeyd edək ki, “Bakı Bəyannaməsi” “Global South NGO Platform”un (GSNP) tərəfdaşlığı və Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə cari il mayın 19-da WUF tarixində ilk dəfə keçirilmiş “WUF13 NGO Forum”dan üç gün sonra qəbul edilib. 800-ə yaxın xarici və yerli QHT təmsilçilərinin iştirakı ilə baş tutmuş “WUF13 NGO Forum”dakı müzakirələrdə WUF13-də təmsil olunan yerli və xarici QHT-lərin GSNP-nin Urban qanadını formalaşdırması təklif olunub. “WUF13 NGO Forum”un açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Katib “Global South NGO Platform”u fantastik layihə adlandırıb və bu platformanın Bakıda təsis olunmasına görə Azərbaycanı təbrik edib. “UN-Habitat”ın İdarə Heyətinin sabiq katibi Kristian Mensah GSNP-ni WUF13-də yerli və xarici QHT-lər üçün vətəndaş cəmiyyəti habı yaratması münasibətilə təbrik edib. O bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə “Bandunq prinsipləri” yenidən aktuallıq qazanır və bu tədbir həmin prinsiplərin əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıq müstəvisində tətbiqinin real təzahürüdür.

"Cebheinfo.az" 

Seçilən
68
27
cebheinfo.az

10Mənbələr