AZ

Şam yeməyindəki cüzi dəyişikliklə əməliyyatsız 154 kq arıqladı

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dörd uşaq anası olan Tina adlı qadın böyük iradə nümayiş etdirərək 154 kiloqram arıqlamağı bacarıb. Həyat yoldaşını itirdikdən sonra depressiyaya düşən və 245 kiloqrama qədər kökələn qadın uşaqlarının gələcəyi üçün arıqlamaq qərarına gəlib. O, heç bir cərrahi müdaxilə olmadan, tamamilə təbii yollarla 90 kiloqrama düşüb.Üç ildən çox davam edən ciddi pəhriz və idman proqramı sayəsində bu nəticəni əldə edən Tina arıqlamağın sirrini qida rejimini tamamilə dəyişməkdə gördüyünü bildirib. Qidaları bədənin düşməni yox, yanacağı kimi qəbul etməyə başladığını deyən amerikalı qadın zərərli vərdişlərdən imtina edib.Onun tətbiq etdiyi rejim bədənin funksiyalarını bərpa etməyə kömək edib. Tina hər payda zülal, sağlam karbohidrat, faydalı yağlar, tərəvəz və meyvə balansını qoruyub. Səhər yeməyində yumurta ağı, kəsmik və yulaf yeyən qadın günorta rasionunda hinduşka ətinə üstünlük verib. Axşam yeməklərində isə karbohidratı tamamilə rasionundan çıxararaq bədənini dincəldib və bişmiş toyuq sinə əti ilə bərabər bol tərəvəz istehlak edib.Yəni, dörd uşaqlı ana psixoloji çətinliklər səbəbindən 245 kiloqrama qədər kökəlsə də, rejimini dəyişərək, xüsusilə axşamlar karbohidratlı yeməklərdən imtina etməklə tam 154 kiloqram çəki ata bilib.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
demokrat.az

1Mənbələr