AZ

Aİ Britaniyanın vahid mal bazarı təklifini rədd edib

BAKI, 23 may. TELEQRAF

Avropa İttifaqı Böyük Britaniyanın vahid mal bazarı yaradılması ilə bağlı təklifini qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məlumata görə, London ikitərəfli münasibətlərin dərinləşdirilməsi çərçivəsində belə təşəbbüslə çıxış etsə də, Brüssel buna qarşı çıxıb.

Qeyd olunur ki, Avropa İttifaqı əvəzində Böyük Britaniyaya Gömrük İttifaqına və ya Avropa İqtisadi Zonasına qoşulmağı təklif edib. Lakin Britaniya hökuməti bu variantı məqbul hesab etməyib.

Məlumata görə, Baş nazir Kir Starmerın rəhbərlik etdiyi Leyboristlər Partiyası seçki kampaniyası zamanı ölkənin yenidən Aİ-yə və ya vahid bazara qayıtmayacağını vəd etmişdi.

Nəşr yazır ki, London bəzi sahələr, xüsusilə ərzaq və enerji üzrə Aİ bazarına çıxış əldə etmək imkanlarını hələ də müzakirə edir.

Seçilən
52
teleqraf.com

1Mənbələr