AZ

İki qovun 5,8 milyona satıldı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaponiyanın şimalındakı Hokkaydo adasında yetişdirilən bir cüt qovun hərracda 5,8 milyon yenə (təxminən 62 min manat) satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Bildirilib ki, bu göstərici Hokkaydo qovun hərracları tarixində yeni rekord hesab olunur.

İlin ilk hərracında satılan qovun cütlüyü 2019-cu ildə qeydə alınmış 5 milyon yenlik əvvəlki rekordu geridə qoyub.

Hokkaydonun Yubari şəhərinin simvolu sayılan bu bahalı qovunları meyvə-tərəvəz topdansatışı ilə məşğul olan “Futami Seika” şirkəti alıb.

Daha sonra qovunlar Tokiodakı “Keio Store” supermarketlər şəbəkəsinə təqdim olunub və bazar gününədək mağazalardan birində nümayiş etdiriləcək.

Yubari Kənd Təsərrüfatı Kooperativinin açıqlamasına görə, yerli fermerlər bu il ümumilikdə 3086 ton qovun ixrac etməyi planlaşdırırlar. Məhsulun ümumi dəyərinin isə təxminən 2,12 milyard yen olacağı gözlənilir.

Yaponiyada yüksək keyfiyyətli meyvələr ilk hərraclarda tez-tez rekord qiymətlərlə satılır. Alıcılar isə bu cür alışlardan reklam məqsədilə istifadə edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
qafqazinfo.az

1Mənbələr