ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Ermənistanın Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməsinin vacibliyini bildirib.
Modern.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda qəbul edilən qanunvericilik və son bəyanatlar fonunda İrəvan Aİİ ilə Avropa İttifaqı arasında mövqeyini dəqiqləşdirməlidir.
“Ermənistanın Aİİ və ya Avropa İttifaqı ilə bağlı seçim etməsini düzgün hesab edərdik”, – deyə Overçuk bildirib.
O, qeyd edib ki, heç kim Ermənistanı Aİİ-dən çıxarmağa çalışmır, lakin rəsmi İrəvan özü Avropa İttifaqına üzvlük istədiyini açıqlayıb.
“Bu məsələni nə qədər tez həll etsələr, hamı üçün bir o qədər yaxşı olar”, – deyə Rusiya rəsmisi əlavə edib.
Overçuk bildirib ki, Ermənistanın Aİİ-də iştirakı digər üzv dövlətlərin bazarlarının erməni məhsulları üçün açıq olması deməkdir və bu da müəyyən hallarda daxili bazarlarda rəqabəti artırır.
O, həmçinin vurğulayıb ki, Ermənistan Rusiyanın müttəfiqi kimi enerji resursları üzrə güzəştlərdən yararlanır və əgər ölkə Aİİ-dən çıxmaq qərarı versə, bu məsələlərə “sivil qaydada” baxılmalıdır.
Rusiya Baş nazirinin müavini əlavə edib ki, Ermənistan rəhbərliyi hələlik Aİİ-dən çıxmaq istəmədiyini bəyan edir.
Overçuk Ermənistanın Baş naziri Nikol Pashinyanın mayın 28-də Qazaxıstanda keçiriləcək Aİİ liderlərinin görüşündə iştirak etməməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, Paşinyan bu addımı ilə öz prioritetlərini nümayiş etdirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.