AZ

KİV: ABŞ Milli Kəşfiyyatının rəhbəri istefadan əvvəl məxfi məlumatlar açıqlayacaq

BAKI, 23 may. TELEQRAF

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard vəzifəsindən ayrılmadan əvvəl bir sıra rezonans doğuran araşdırmaların nəticələrini ictimaiyyətə açıqlamağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Wire” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, açıqlanacaq materiallar arasında Rusiyanın 2016 və 2020-ci illərdə ABŞ prezident seçkilərinə müdaxilə etdiyi iddiaları, Covid-19 pandemiyası dövründə ABŞ-də qeydə alınan “anomaliya insidentləri”, həmçinin Pentaqonun “Havana sindromu” adlandırılan hallara səbəb olduğu iddia edilən məxfi silah proqramı ilə bağlı araşdırmalar yer alır.

Mənbələr bildiriblər ki, Tulsi Qabbard həmçinin ABŞ hökumətinə aid 500 mindən çox məxfi sənədin ictimaiyyətə açıqlanması prosesinə rəhbərlik edib. Həmin sənədlər arasında ABŞ-nin keçmiş prezidenti Con Kennedinin, onun qardaşı Robert Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətli ilə bağlı materiallar da var.

Daha əvvəl “Fox News” telekanalı Tulsi Qabbardın həyat yoldaşının nadir sümük xərçəngi ilə mübarizəsinə dəstək olmaq üçün istefa verəcəyini bildirmişdi.

ABŞ Prezidenti Donald Trump da məlumatı təsdiqləyərək Qabbardın iyunun 30-da administrasiyanı tərk edəcəyini açıqlayıb.

Seçilən
82
teleqraf.com

1Mənbələr