AZ

Danimarkada yeni hökumətin formalaşdırılması üzrə danışıqlar uğursuz olub

Danimarkada Liberal Partiyasının (“Venstre”) lideri, baş nazirin səlahiyyətlərini müvəqqəti icra edən və müdafiə naziri Troels Lund Poulsen yeni hökumətin formalaşdırılması ilə bağlı razılıq əldə edə bilməyib.

Bu barədə “Ritzau” agentliyi məlumat yayıb.

Poulsenə hökumət qurmaq üçün 14 gün vaxt verilmişdi. Lakin Mülayimlər Partiyasının lideri və xarici işlər nazirinin səlahiyyətlərini icra edən Lars Løkke Rasmussen əvvəllər razılaşdırıldığı bildirilən “Venstre”, “Liberal Alyans” və Mühafizəkarlar Partiyasından ibarət koalisiyanı dəstəkləməyəcəyini açıqlayıb.

Poulsen bildirib ki, bu səbəbdən o, kral Frederik X-ə mandat çərçivəsində hökumət qurmağın mümkün olmadığını məruzə edəcək.

Xatırladaq ki, martın 24-də keçirilən parlament seçkilərindən sonra Sosial-Demokrat Partiyasının lideri Mette Frederiksen də altı həftə davam edən danışıqlarda uğur qazana bilməmişdi.

Seçilən
76
1
apa.az

2Mənbələr