AZ

Qan təzyiqini ölçmək üçün ən dəqiq metod

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Həkimlər Paula Samper və Xavyer Marin maksimal dəqiq nəticələr verən qan təzyiqinin (arterial təzyiq) ölçülməsi metodunu tövsiyə ediblər.

Lent.az-ın xəbərinə görə, onların tövsiyələrini "HuffPost" nəşri dərc edib.

Həkimlər izah ediblər ki, arterial təzyiqi ardıcıl üç dəfə, bir və ya ikidəqiqəlik fasilələrlə ölçmək lazımdır. Onların sözlərinə görə, ən dəqiq göstərici ikinci və üçüncü göstəricilərin orta nisbətidir.

Mütəxəssislər yalnız sertifikatlı qan təzyiqi tonometrlərindən istifadə etməyi məsləhət görüblər. Paula Samper və Xavyer Marin bildiriblər ki, qan təzyiqini ölçərkən ən çox yayılmış səhvlərdən biri prosedurun stres vəziyyətində aparılmasıdır.

Həkimlər xəbərdarlıq ediblər ki, təşviş və hətta nəticənin özü barəsində narahatlıq müvəqqəti olaraq göstəriciləri artıra bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
2
lent.az

3Mənbələr