AZ

Kasparov beynəlxalq axtarışa verildi

Müstəntiqlər Harri Kasparovu (Rusiyada xarici agent kimi tanınıb və terrorçular siyahısına daxil edilib) beynəlxalq axtarışa veriblər. O, terrorizmi haqlı çıxarmaq və xarici agentin fəaliyyətini tənzimləyən iki qaydanı pozmaq ittihamı ilə qiyabi olaraq həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Sənəddə deyilir: "H.K. Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (internetdə terrorizmə haqq qazandırmaq), 330.1-ci maddəsinin 2-ci hissəsi və 330.1-ci maddəsinin 2-ci hissəsi (xarici agentin fəaliyyət qaydalarının pozulması) ilə cinayətlərdə (qiyabi şəkildə) ittiham olunub. H.K. Kasparov barəsində sirkulyar olaraq federal və dövlətlərarası axtarış elan edilib və beynəlxalq axtarışa verilib".

Seçilən
24
2
publika.az

3Mənbələr