AZ

Bir dövrün sonu: Podolski karyerasını başa vurdu

Almaniya millisinin keçmiş üzvü, hazırda Polşanın “Qurnik” klubunda forma geyinən Lukaş Podolski futbolçu karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat verilib.

Klubdan verilən açıqlamada bildirilib ki, Podolski bundan sonra klubun sahibi olacaq:

“Bir paraqraf bağlandı. Yeni bir dövr başlayır. Dünya çempionu Lukaş Podolski bu həftə sonu uğurlu karyerasına son qoyacaq. O, uşaqlıq klubu “Qurnik”in sahibi olacaq. Hər şey üçün təşəkkür edirik, Poldi!”

Oyunçu karyerası ərzində Podolski “Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Vissel Kobe”, “Antalyaspor” və “Qurnik” kimi klublarda oynayıb.

Podolski 2014-cü ildə Almaniya milli komandası ilə dünya çempionu olub.

Qvardiola "Siti"dən ayrılacağını açıqladı: "SƏBƏBİNİ SORUŞMAYIN"

DÇ-2026: İngiltərə millisinin heyəti açıqlandı

38 yaşlı futbolçu "Latsio"dan ayrılacaq - RƏSMİ

DÇ-2026: CAR millisinin heyəti bəlli oldu

Dursun Özbek İkardi sualına əsəbiləşdi: “Buna heç kimin haqqı çatmır”

Seçilən
21
apasport.az

1Mənbələr