AZ

Harri Kasparov beynəlxalq axtarışa verildi

Rusiya tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

“Yeni Sabah” TASS-a istinadən bildirir ki, bu barədə müstəntiqlər qərar çıxarıblar.

Qeyd edək ki, Harri Kasparov barədində ötən ilin dekabr ayında Rusiyada terrorizmə haqq qazandırmaq ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. pizza sifarişi

Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Kasparova qarşı ittiham irəli sürülüb.

O, Rusiya Cinayət Məcəlləsi üzrə informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.

Harri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır.


Telegram kanalımız
Seçilən
39
7
yenisabah.az

8Mənbələr