AZ

“Moskvanı alarıq” bəyanatını verən çeçen kimdir?

Onu açılqlamalarına görə AŞ PA-da Rusiya müxalifətinin təmsilçiliyindən uzaqlaşdırıblar

Rusiya Müsəlmanlarının Ruhani İdarəsi ilə əlaqəli olan ruhani liderlərin həbsi ilə bağlı məlumat vermişdik. Yada salaq ki, Musavat.com “The Moskow Times”ə istinadən xəbər verib ki, bu qurum ölkənin ən böyük islam dini strukturlarından biri hesab olunur. Saxlanılanların idarənin rəhbəri müfti Ravil Qaynutdinin yaxın adamları olduğu deyilir. Həbslərin gerçək səbəbinə gəlincə, iddia olunur ki, dindarların saxlanılması Çeçenistanın mühacirətdə olan keçmiş baş nazirinin müavini Ruslan Kutayevin senasion bəyanatındamn sonra başlayıb. O deyib ki, Moskvada yaşayan müsəlmanların lazımi anda hakimiyyəti ələ keçirməyə hazırdırlar.

“Rusiyada hərəkətə keçmək lazım olduqda, lazımi anda hərəkətə keçəcəyik... Arxamızda nə var? Lazım gələrsə, başı qoparacaq, kəlləni partladacaq və ya barrikadalara çıxacaq insanlar... Biz orada bizə uyğun bir hökumət quracağıq”, - deyə o, ötən ay verdiyi bəyanatda bildirib. Kutayev Rusiyanın “xaos içində” olduğunu, heç kimin “hakimiyyətə etibar etmədiyini” və "hamı Putinin məğlub olduğunu bildiyini" iddia edib.

Bəs, Rusiyanı bir bəyanatı ilə qarışdıran Ruslan Kutayev kimdir?

Picture

Musavat.com xəbər verir ki, Ruslan Kutayev 20 sentyabr 1957-ci ildə Açxoy-Martanda anadan olub. Onun ulu babası 19-cu əsrin sonlarında yaşamış Abrek Kuta olub. Kutayev özü müsahibələrinin birində onu “Qafqaz Robin Qudu” adlandırıb, çünki o, “Qafqazda istənilən dinə mənsub olan hər kəsə - rus, yəhudi, erməni, gürcü - kömək etməyə hazır idi”. 
Kutayevin ailəsi haqqında çox az ictimai məlumat var. "Novaya qazeta"nın bir məqaləsində onun beş övladı olduğu, onlardan ikisinin isə görmə qabiliyyətinin zəif olduğu qeyd olunur. Kutayev fəlsəfə üzrə doktorluq dərəcəsinə malikdir - 1997-ci ildə Sankt-Peterburq Dövlət Universitetində "Milli Mədəniyyət Kontekstində Sosial İdarəetmə" mövzusunda dissertasiya müdafiə edib.

Kutayev İçkeriyanın ilk prezidenti Cövhər Dudayevin tərəfdarı olub. Dudayevin hakimiyyəti dövründə o, Çeçenistan Milli İstiqlal Partiyasını təsis edib və ona rəhbərlik edib. Birinci Çeçenistan müharibəsinə son qoyan “Xasavyurt sazişləri”nin imzalanmasından sonra Kutayev İçkeriyanın baş nazirinin müavini olub.

Kutayevin İkinci Çeçen müharibəsinin aktiv mərhələsində və Axmat Kadırov və daha sonra oğlu Ramzan Kadırov dövründə Rusiyapərəst rejimin qurulmasından sonrakı ilk illərdəki fəaliyyəti haqqında az məlumat var. Kutayev 2004-cü ildə Çeçenistandakı ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Axmat Kadırovla görüşə dəvət olunduğunu, lakin Kadırovun öldürülməsi səbəbindən görüş baş tutmadığını bildirib.

Kutayev iddia edib ki, təhlükəsizlik qüvvələri onu 2000-2007-ci illər arasında altı dəfə qaçırıb.

"Mənə işgəncə verilməyib, amma ciddi təzyiq var idi. Onlar həm siyasi, həm də insan haqları sahəsindəki işlərdən imtina etməyimi, nə Çeçenistan Respublikasında, nə də Şimali Qafqazda heç bir işə qarışmamağımı tələb ediblər", - deyə o xatırlayıb.

Kutayevin 2010-cu illərdə Beynəlxalq Qafqaz Problemləri Mərkəzi və Şimali Qafqaz Problemləri üzrə Beynəlxalq Komitələrdə ekspert kimi  fəaliyyət göstərib.

Hazırda o, 2011-ci ildə təsis edilmiş və Fransada qeydiyyatdan keçmiş ictimai təşkilat olan Qafqaz Xalqları Assambleyasına rəhbərlik edir. O, özünü 1989-cu ildə təsis edilmiş Qafqaz Dağ Xalqları Konfederasiyasının hüquqi varisi hesab edir. Assambleyanın veb saytına görə, o, 100 mindən çox üzvü birləşdirir, lakin onların kim olduğu bəlli deyil: veb saytda yalnız Kutayevin özü, vitse-prezident, siyasi şuranın iki üzvü, rəyasət heyətinin bir üzvü və təşkilatın icraçı katibi haqqında məlumatlar yer alır.

Picture

Məlumdur ki, Avropadakı Rusiya müxalifətinə Avropa Şurası Parlament Assambleyasında 15 nəfərdən ibarət yer verilmişdi. Onların sırasında Kutayev də vardı. Amma Kutayevi həmin platformadan kənarlaşdırılıb. AŞPA prezidenti Petr Bayrın BBC-yə verdiyi məlumata görə, bu, Kutayevin "namus qətlləri" və LGBTQ+ hərəkatının üzvləri ilə bağlı açıqlamalarına görə ona qarşı şikayətlərdən sonra baş verib. O, həmçinin açıq şəkildə bildirib ki, mövcud rejim zəifləyərsə, Moskvada yaşayan müsəlmanlar Rusiyada hakimiyyəti ələ keçirməyə hazırdırlar.

Musavat.com

Seçilən
43
2
musavat.com

3Mənbələr