AZ

Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü mayın 22-də Hövsan qəsəbəsində yerləşən 118 saylı tam orta ümumtəhsil məktəbində keçirilib. İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, səyyar görüşdə RİHB-nin birinci müavini, şöbə və sektor müdirləri, bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar, bəzi məsələlərlə bağlı sakinlərə ətraflı izahatlar verib.
Görüş zamanı çıxış edən Adil Əliyev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində respublikanın bütün bölgələrində olduğu kimi, Bakı şəhəri və onun qəsəbələrində də genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial və infrastruktur layihələri uğurla icra olunur. Qeyd olunub ki, dövlət proqramları çərçivəsində yol-nəqliyyat infrastrukturunun yenilənməsi, içməli su və kanalizasiya sistemlərinin müasirləşdirilməsi, yeni sosial obyektlərin tikintisi, yaşayış məhəllələrinin abadlaşdırılması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Rayon rəhbəri vurğulayıb ki, vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması, insanların problemlərinin yerində dinlənilməsi və həlli istiqamətində tədbirlərin görülməsi dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə səyyar qəbulların keçirilməsi və qaldırılan məsələlərin həlli daim nəzarətdə saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
olaylar.az

1Mənbələr