AZ

Neymar yenidən sıradan çıxdı

Neymarın sevinci çox da uzun sürməyib. Bir neçə gün əvvəl dünya çempionatında iştirakı dəqiqləşən ulduz futbolçu yenidən zədələnib.

"Football-plus.az" xəbər verir ki, “Santos”un və Braziliya yığmasının hücumçusu DÇ-2026-nın final mərhələsinin startı ərəfəsində zədələnib. O, səhhətində daha bir problemlə qarşılaşıb.

“Globo”nun yaydığı məlumata görə, Neymara sağ baldır əzələsində şişkinlik diaqnozu qoyulub. Zədə ciddi sayılmır, lakin oyunçu müalicə almalı və fəaliyyətini müvəqqəti məhdudlaşdırmalıdı. 34 yaşlı forvard hazırda şəxsi tibb qrupunun nəzarəti altında “Santos”un məşq mərkəzində müalicə alır. Bundan başqa, Braziliya Futbol Konfederasiyasının mütəxəssisləri də Neymarın vəziyyətini izləyirlər.

Onun mayın 27-nə qədər milli komandaya qoşulması gözlənilir.

Seçilən
20
1
football-plus.az

2Mənbələr