İtaliya A Seriyasında cari mövsümünün ən yaxşı məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən çempionatın mətbuat xidməti yayıb.
“İnter”in çalışdırıcısı Kristian Kivu bütün rəqiblərini qabaqlayıb.
Rumıniyalı mütəxəssis 2025-ci ilin iyunundan “İnter”i çalışdırır. O, bundan əvvəl 2018-2024-cü illərdə Milan təmsilçisinin aşağı yaş qruplarından ibarət komandalarında işləyib, daha sonra isə “Parma”nın "sükanı arxası"nda olub.
Bu mövsüm Kivulu “İnter” həm A Seriyasını, həm də İtaliya Kubokunu qazanıb.
Toğrul