AZ

Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rospotrebnadzor" Ermənistandan idxal olunan keyfiyyətsiz spirtli içkilər aşkar edib.

"Cebheinfo.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Rusiyada "Vedi-Alko", "Abovyan konyak zavodu" və "Şahnazaryan Şərab-konyak evi" istehsalçılarının şərab və konyak satışı dayandırılıb.

Qadağan olunan məhsullar arasında "Getap Vernaşen" (11 % spirt, 0,75 l); "Vedi Alko" Xarci, "Arni əfsanələri" (12 % spirt, 0,75 l); "Erməni konyakı 5 ulduz" (40 % spirt, 0,5 l); "Şahnazaryan XO" (40 % spirt, 0,5 l) içkiləri də var.

"Rospotrebnadzor"da bu məhsulların məcburi tələblərə uyğun olmadığı müəyyən edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
6
cebheinfo.az

8Mənbələr