AZ

"Level Leasing"də yığıncaq keçiriləcək

İyunun 29-da, saat 10:30-da "Level Leasing" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Marja" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Level Leasing"in kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi daxildir.

Xatırladaq ki, "Level Leasing" 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,05 milyon manatdır. Şirkətin səhmlərinin "Hermes Finance" ASC (38 %), Zərifə Quliyeva (27,9 %), Nuranə Mehrəliyeva-Rzayeva (27,9 %) və Lalə Bədirovadır (6,2 %).

N.Mehrəliyeva-Rzayeva həm də "Hermes Finance"da 45 % pay sahibidir. "Level Leasing"in direktoru Həmid Mirzəyev isə "Hermes Finance"ın səhmlərinin 10 %-nə sahibdir.

Level Leasing ASCLevel Leasing səhmdar yığıncağıLevel Leasing ümumi yığıncaqLevel Leasing audit hesabatıHermes Finance ASCAzərbaycan lizinq şirkətləriLevel Leasing maliyyə hesabatıLevel Leasing 2026Level Leasing səhmdarlarıZərifə QuliyevaNuranə Mehrəliyeva-RzayevaLalə BədirovaHəmid Mirzəyevlizinq bazarı AzərbaycanAzərbaycan Mərkəzi Bankı məlumat sistemiLevel Leasing kapitalıHermes Finance səhmdarlarıBakı biznes xəbərlərilizinq sektoru xəbərləriAzərbaycanda lizinq şirkətlərikorporativ idarəetməillik maliyyə hesabatıkənar audit hesabatıXətai rayonu biznes xəbərlərişirkət yığıncaqları Azərbaycan
Seçilən
66
1
marja.az

2Mənbələr