AZ

“Neftçi”nin güləş zalı yenidən istifadəyə verildi

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Neftçi” İdman Klubunun güləş zalı yenidən istifadəyə verilib.

Futbolpress.az xəbər verir ki, klubun Lökbatan qəsəbəsində yerləşən yunan-Roma güləşi zalı əsaslı təmir edilib və fəaliyyətini bərpa edib. Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən inventarla təmin edilmiş zalla tanışlıq olub.

AGF-nin İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə U-20 millinin böyük məşqçisi Arif Abdullayev, yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və sərbəst güləş üzrə U-17 millinin böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək burada yaradılmış şəraiti yüksək qiymətləndiriblər və gələcəkdə bu zalda çempionların yetişməsini arzulayıblar.

Qeyd edək ki, bu bölmədə məşqçi Xəyyam Abdullayevin rəhbərliyi altında 25-ə yaxın idmançı yunan-Roma güləşi ilə məşğuldur. Gələcəkdə “Neftçi” İdman Klubunun eyni məkanda yerləşən sərbəst güləş zalının da əsaslı təmiri planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
futbolpress.az

1Mənbələr