AZ

Argentinalı yarımmüdafiəçi İngiltərə nəhənginə keçir

Fransanın "Strasburq"unun yarımmüdafiəçisi Valentin Barko cari mövsüm başa çatandan sonra İngiltərə nəhənginə transfer olunacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, 21 yaşlı futbolçu "Çelsi" ilə razılığa gəlib. Cənubi amerikalının iyulda "zadəganlar"a qoşulacağı vurğulanıb.

Barko 2025/2026 mövsümündə "Strasburq"un heyətində bütün turnirlərdə 43 matça çıxaraq 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Seçilən
105
1
fanat.az

2Mənbələr